"Qarabağ"ın hücumçusu Kamilo Duran Çempionlar Liqası mövsümünü 5 qolla başa vurub.
Offsideplus.az xəbər verir ki, o, 2016/17 mövsümündən bəri bu qədər qol vurmağı bacaran ilk kolumbiyalı olub.
Sözügedən sezonda Radamel Falkao bunu bacarmışdı.
Qeyd edək ki, K. Duran ötən ilin yayında "Qarabağ"a qoşulmuşdu.
24 yaşlı forvard "Benfika", "Ayaks", "Ayntraxt" (2) və "Nyukasl"la matçlarda rəqibin qapısına yol tapıb.



