UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasından sonra "Nyukasl"ın baş məşqçisi Eddi Hau komandasının qələbəsini (3:2) və növbəti mərhələyə yüksəlməsini şərh edib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis xüsusilə oyunun müəyyən bölümlərində rəqibin müqaviməti ilə üzləşdiklərini etiraf edib. Onun sözlərinə görə, erkən qollar komandada bir qədər arxayınlıq yaradıb:

"Hesab 2:0 olduqdan sonra futbolçular lazımi aqressivliyi itirdilər və "Qarabağ"ın müdafiə xəttini keçmək gözləniləndən daha çətin oldu".

Hau 1/8 finala vəsiqə qazanmağı klub üçün böyük nailiyyət adlandırıb, lakin oyunun idealdan uzaq olduğunu da vurğulayıb.

İkinci hissədə hər iki tərəfin daha cəsarətli hücumlar etdiyini bildirən məşqçi, bu turnirin onlar üçün əvəzolunmaz məktəb olduğunu qeyd edib.

Qeyd edək ki, ilk matçda 6:1 hesabı ilə qalib gələn İngiltərə təmsilçisi, cavab oyununda da üstünlüyünü qoruyaraq turnirdə yoluna davam edir.