"Qarabağ" bu gün Çempionlar Liqasının keçid pley-off mərhələsində cavab matçında çıxacaq.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə "Nyukasl"la qarşılaşacaq.

Tərəflər arasında ilk matç İngiltərə klubunun üstünlüyü ilə başa çatıb - 6:1.

Bu oyunun Ağdam klubunun cari mövsümdə "dumanlı albion" təmsilçilərinə qarşı 4-cü dueli olacaq.

Qurban Qurbanovun komandası "Çelsi" ilə heç-heçə edib, "Liverpul" və "Nyukasl"a isə məğlub olub.

Çempionlar Liqası, pley-off mərhələsi cavab oyunu

25 fevral

00:00. “Nyukasl” - “Qarabağ”

Hakimlər: Davide Massa, Filippo Meli, Stefano Alassio, Luka Paireto (İtaliya)

VAR: Daniele Kiffi (Almaniya)

AVAR: Kristian Dingert (Almaniya)

Nyukasl, “St. Ceyms Park”

İlk oyun - 6:1