UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Nyukasl" matçından əvvəl veteran futbolçu Samir Əliyev oyunla bağlı fikirlərini bölüşüb.

O, Offsideplus.az saytına açıqlamasında bu sözləri deyib:

"Qarabağ" bu il ÇL-də pley-offa yüksəlməklə bir ilkə imza atdı, həm də öz büdcəsini zənginləşdirdi. "Nyukasl"la oyuna gəldikdə isə bunları bildirə bilərəm ki, bu komanda İngiltərənin köklü klublarından biridir və çox zəngin ənənələrə sahibdir. Premyer Liqada istədikləri nəticələri əldə edə bilməsələr də, ÇL-dəki çıxışlarını uğurlu saymaq olar. Bu oyun həm "Qarabağ", həm də "Nyukasl" üçün çətin olacaq. Əlbəttə, "Qarabağ" bir ilkə imza ataraq böyük uğur əldə edib və 1/8 finala adlamaq üçün yaxşı bir şans yaranıb, oyunlar 2 matçdan ibarətdir. Fikrimcə, azarkeşləri maraqlı və gərgin mübarizə şəraitində keçən oyun gözləyir, ümid edək ki, "Qarabağ" bu matçlardan əlverişli nəticə əldə edib növbəti mərhələyə adlayar. Hər birimizin arzusu budur".

Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" cütünün ilk oyunu fevralın 18-i, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.