"Qarabağ" və "Nyukasl" arasında Bakıda baş tutacaq UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasına hakim təyinatları açıqlanıb.
Offsideplus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı oyunu norveçli hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Espen Eskos olacaq. Yan xətlərdə ona Yan Erik Engan və İsak Elias Bashevkin köməklik göstərəcəklər. Dördüncü hakim vəzifəsini isə Sigurd Kringstad icra edəcək.
Video-köməkçi hakimlər (VAR) otağında niderlandlı Rob Dieperink və Dennis Higler yer alacaqlar. Qarşılaşmanın hakim-inspektoru italiyalı Matteo Simone Trefoloni, UEFA nümayəndəsi isə litvalı Ignas Marcinkevicius olacaq.
Xatırladaq ki, fevralın 18-də keçiriləcək oyunun start fiti saat 21:45-də səslənəcək.


