“Real Madrid”in ulduzuna cəza verildi.

Offsideplus.az xəbər verir ki, braziliyalı hücumçu Rodriqo UEFA Çempionlar Liqasında 2 oyunluq cəzalandırılıb. Buna səbəb braziliyalı oyunçunun “Benfika” ilə keçirilən son matçda təhqiramiz ifadələr işlətməsi olub.

Qərara əsasən, Rodryqo pley-off mərhələsinin hər iki oyununda komandasına kömək edə bilməyəcək.