"Mançester Siti" Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda "Budyo Qlimt"ə səfərdə 1:3 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, Erlinq Haaland görüşdən sonra azarkeşlərdən üzr istəyib:

“Məndə cavablar yoxdur. Qol vura bilməməyimizə görə bütün məsuliyyəti öz üzərimə götürürəm.

Hər kəsdən – hər bir 'Mançester Siti' tərəfdarından, Norveçə səfər edən hər bir azarkeşdən sadəcə üzr istəyirəm, çünki nəticə etibarilə bu, utancvericidir”.