UEFA Çempionlar Liqasının liqa mərhələsində baş tutacaq "Qarabağ" "Ayntraxt" matçının baş hakimi Sandro Şerer 4-cü dəfə "Kəhər atlar"ın oyununda ədaləti bərqərar edəcək.

Offsideplus.az xəbər verir ki, isveçrəli referi bundan əvvəl 3 dəfə "Qarabağ"ın, 1 dəfə isə Azərbaycan milli komandasının matçında söz sahibi olub. 37 yaşlı hakimin indiyədək idarə etdiyi oyunlar bunlardır:

09.11.2018 | AL-nin qrup mərhələsi

"Vorskla" 0:1 "Qarabağ"

22.08.2019 | AL-nin pley:off mərhələsi

"Linfild" 3:2 "Qarabağ"

09.09.2019 | AÇ-nin seçmə mərhələsi

 Azərbaycan 1:1 Xorvatiya

05.11.2020 | AL-nin qrup mərhələsi

"Sivasspor" 2:0 "Qarabağ"

Qeyd edək ki, “Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.