“Borussia Dortmund”un hücumçusu Serhu Girassinin müqaviləsində 2026-cı ilin yayında aktivləşəcək xüsusi çıxış maddəsi olduğu açıqlanıb.

Offsideplus.az xəbər verir ki, həmin maddəyə əsasən, forvet 50 milyon avroya transfer oluna bilər.

Lakin bu bənd yalnız Avropanın müəyyən “nəhəng klubları” üçün keçərlidir. Həmin siyahıya aşağıdakı komandalar daxildir:

"Real Madrid" 

"Barselona" 

"Mançester Siti"

"Liverpul" 

"Çelsi"

"Arsenal"

"Mançester Yunayted" 

29 yaşlı hücumçu son aylarda göstərdiyi performansla Avropanın böyük klublarının diqqətini çəkmişdi və 2026-cı ildən sonra onun gələcəyi daha da maraqla gözlənilir.