"Bavariya" klubu ilk transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi Conatan Tanı heyətinə qatıb. O, azad agent kimi "Bavariya"ya qoşulub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Ta ilə 4 illik 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

O, 10 ilin ardından "Bayer"dən ayrılıb və "Bavariya"ya transfer olub.