"Borussiya"nın isveçli futbolçusu Daniel Svensson barədə qərar verib.
Offsideplus.az xəbər verir ki, "Norşelland" klubundan icarəyə götürülən 23 yaşlı sol cinah müdafiəçinin sözləşməsində 15 oyuna çıxarsa, Dortmund klubu onu məcburi olaraq transfer etməli idi. Onun aktivində hələlik 11 oyun var.
Buna baxmayaraq "sarı-qaralar" onu birdəfəlik heyətinə qatmağı planlaşdırır. Almaniya təmsilçisi gənc oyunçunun çıxışından razıdır.
"Borussiya" Svensson üçün "Norşelland"a 5.5 milyon avro ödəyəcək. Onunla uzunmüddətli müqavilə imzalanacaq.



