"Bavariya" üç oyunçusu ilə - Tomas Müller, Leroy Sane və Erik Dayerlə müqavilə müddətini uzatmaq üçün danışıqlar aparır.
Offsideplus.az xəbər verir ki, klubun idman direktoru Kristof Froynd hər üç futbolçu ilə müzakirələrin davam etdiyini açıqlayıb.
Onların hamısının klubla müqaviləsi bu yay başa çatır.
Əlavə edək ki, Müller "Bavariya" tarixində ən çox oyun çıxan futbolçudur.