"Bayern" ulduz futbolçusu ilə müqavilə müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, Bundesliqa nəhəngi Camal Musiala ilə yeni kontrakt imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqaviləyə əsasən 21 yaşlı oyunçu 2030-cu ilə qədər "Bayern"in formasını geyinəcək.
Qeyd edək ki, Musiala 2024/25 mövsümündə Münhen klubunun heyətində 30 oyuna çıxıb və 15 qola, 8 məhsuldar ötürməyə imza atıb.