"Bayern" ulduz futbolçusu ilə müqavilə müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, Bundesliqa nəhəngi Alfonso Devis ilə yeni kontrakt imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu müqaviləyə əsasən 2030-cu ilə qədər Münhen klubunun formasını geyinəcək.

Qeyd edək ki, Alfonso 2018/19 mövsümündən "Bayern"də çıxış edir.