Bundesliqanın XVI turu çərçivəsində "Borussia" (Mönhenqladbax) "Bayern"ı qəbul edib.
Offsideplus.az xəbər verir ki, görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu 68-ci dəqiqədə Harri Keyn vurub. Ulduz futbolçu penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, xallarını 39-a yüksəldən "Bayern" zirvədəki mövqeyini gücləndirib. Borussia (Mönhenqladbax) isə 24 xalla 10-cu pillədə qərarlaşıb.