Bundesliqanın XIII turunda "Bayern" evdə "Haydenhaym"ı qəbul edib.

Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi rəqibinin qapısından 4 qol keçirib. Hesabı 18-ci dəqiqədə Upamekano açıb. "Bayern"in növbəti qollarını Camal Musiala 56 və 90+1-ci dəqiqələrdə, Qoretska isə 84-də vurub.

Qonaqlar 50-ci dəqiqədə Honsak, 85-də Dorşun qolları ilə cavab versələr də daha artığına gecləri çatmayıb. Matç 4-2 meydan sahiblərinin qalibiyyəti ilə başa çatıb.