“Mən Kovaçı dəstəkləyirəm. Komandanın oyunlarda göstərdiyi nəticədən asılı olmayaraq, o, qovulmayacaq”.

Offsideplus.az xəbər verir ki, bu sözləri Bavariya-nın idarə heyətinin sədri Uli Xones deyib. Bir müddətdir ki, əvvəl komandanın bəzi futbolçularl ilə baş məşqçi arasında konflikt yaşanır. Futbolçular Kovaçın iş metodundan narazılıq edir. Münhen klubu son 3 oyunun ikisində məğlub olub, bir oyunda heç-heçə qeydə alınıb. Hazırda turnir cədvəlinin 6-cı pilləsində yer alır.