Almaniya çempionu "Bayer" hücumçusu Amin Adlini uzun müddətə itirib.

Offsideplus.az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

UEFA Çempionlar Liqasında “Brest”lə 1:1 bitən oyundan sonra Adlinin baldır sümüyünün sındığı açıqlanıb. Həkimlər oyunçunun ən azı 2025-ci ilin yanvar ayının sonuna qədər meydana çıxa bilməyəcəyini proqnozlaşdırır.