"Bayern" türk ulduzun transferi üçün növbəti dəfə yenidən cəhd edəcək.

Offsideplus.az xəbər verir ki, Bundesliqa klubu Hakan Çalhanoğlunu heyətinə cəlb etmək istəyir. Bu barədə "Passionecalcio24" məlumat yayıb. 

Münhen təmsilçisinin mövsümün əvvəlində futbolçunu komandaya gətirə bilmədiyi üçün Joao Palinyanı "rənglərinə bağladığı", lakin portuqaliyalının çıxışını bəyənmədikləri qeyd olunub.

"İnter" tərəfinin 50 milyon avroluq təklif gəldiyi halda keçidə razı olacaqları vurğulanıb. 

Hakanın 50 milyon qarşılığında transferi gerçəkləşərsə, o, "ən yüksək qiymətə transfer olunan türk futbolçu" olacaq.