Leon Qoretska Münhen komandası ilə yollarını ayırmaq fikrində deyil.

Offsideplus.az xəbər verir ki, Qoretska MLS-dən gələn təklifləri geri çevirib.

"Bayern" onun qış transfer pəncərəsinə qədər komandada qalacağını qəbul edib. 29 yaşlı yarımmüdafiəçi yalnız üç kluba transfer oluna bilər: “Barselona”, “Liverpul” və ya “Real”.

Ötən mövsüm Bundesliqada Qoretska 30 matçda iştirak edib, 6 dəfə rəqib qapılarına yol tapıb və 9 məhsuldar ötürmə edib.