"Bayern"in yaxın günlərdə Kinqsli Komanla yollarını ayıra biləcəyi ehtimal edilir.

Offsideplus.az xəbər verir ki, fransalı yarımmüdafiəçi ilə "Barselona" və PSJ yaxından maraqlanır. 

Ən ciddi təklifin parislilərdən gəldiyi iddia edilir. Paris təmsilçisi artıq danışıqlara start verib, lakin "Bayern"lə yekun razılıq əldə edilməyib. Münhen klubu Komanı icarəyə vermək və sonradan satmaq variantını nəzərdən keçirmək niyyətindədir.