"Verder" Nabi Keyta ilə bağlı maraqlı qərar qəbul edib.
Offsideplus.az xəbər verir ki, Almaniya klubu afrikalını məşqlərdən uzaqlaşdırıb. 29 yaşlı oyunçu özünə yeni klub axtaracaq.
Bremen təmsilçisinin direktoru Klemens Fritz məsələ ilə bağlı bunları söyləyib:
"Biz çox açıq söhbət etdik və bu nəticəyə gəldik. Bu, indiki vəziyyətdə ən yaxşı variantdır".