Coşua Kimmix "Bayern"də ayrılmaq niyyətində deyil. 

Offsideplus.az xəbər verir ki, 29 yaşlı futbolçu PSJ-yə keçməkdən imtina edib.

Münhen klubu yarımmüdafiəçini satmaq istəyib. Lakin almaniyalı bununla razılaşmayıb. 

2015-ci ildən "Bayern"də çıxış edən Kimmix 390 oyunda 42 qol vurub və 104 məhsuldar ötürmə edib.