Almaniya millisinin və "Bavariya"nın üzvü Leroy Sane Münxen klubunda qalmaq istəyir.
Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, komanda isə Sane ilə eyni düşüncədə deyil.
Belə ki, Bundesliqa təmsilçisi onunla yolları ayırmağı düşünür.
Vingerin komanda ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. 28 yaşlı oyunçu geridə qalan mövsümdə 42 oyunda 10 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.