"Bavariya" daha bir itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi Yozua Kimmix sıradan çıxıb. Bu barədə Almaniya mətbuatı məlumt yayıb. Almaniya millisinin düşərgəsində zədələnən 28 yaşlı futbolçu yığmanı tərk edib.

Kimmixin bir müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir.