İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Bild" nəşrinə istinadla xəbər verir ki, Mersisayd təmsilçisi Münhen "Bavariya"sının mərkəz yarımmüdafiəçisi Rayan Qravenberç üçün hərəkətə keçib.

"Qırmızılar" 21 yaşlı niderlandlı üçün qarşı tərəfə 20 milyon funt sterlinq təklif edir.

Qravenberçin "Bavariya" ilə 2027-ci ilədək müqaviləsi var.