Harri Keyn "Bavariya" ilə müqavilə bağlamaq üçün Almaniyaya yollanıb. 

Offsideplus.az xəbər verir ki, bu barədə Fabritsio Romano məlumat yayıb. Münhen təmsilçisi ingiltərəli hücumçu üçün "Tottenhem"ə 100 milyon avro və 20 milyon avro bonus ödənişi edəcək.  

Keyn "Bavariya" ilə 4 illik müqavilə bağlayacaq.