Münhen "Bavariya"sı heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, Bundesliqa təmsilçisi, "Napoli"nin mərkəz müdafiəçisi Min-cay Kimi sıralarına qatmağa yaxındır.

Münhenlilərin keçidi bu yay bitirəcəyi gözlənilir.

Almaniya klubu cənubi koreyalı futbolçunun transferində "Mançester Yunayted"i qabaqlayıb.