"Bayern" yeni müqaviləyə hazırlaşır. 

Offsideplus.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin direktoru Hasan Salihamidziç açıqlama verib:

"Benyamin Pavardla yeni müqavilə ilə bağlı danışacağıq. Onun istəklərini öyrənib, qərar verəcəyik. Bizimlə olmağından məmnunam. Çox yaxşı oynayır və performansı yüksək səviyyədədir".

Qeyd edək ki, 27 yaşlı müdafiəçinin klubla müqaviləsinin müddəti 2024-cü ilin yayında yekunlaşır.