"Borussiya" kapitanı Marko Roysla bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, Dortmund təmsilçisi alman oyunçu ilə müqaviləni yeniləyəcək. Bu barədə "Bild" nəşri məlumat yayıb. Yarımmüdafiəçi özü də "Borussiya"da qalmaq istəyir.
Qeyd edək ki, Roysun klubla sözləşməsi cari mövsümün sonunda başa çatacaq.