Almaniya Bundesliqasının XXVI turunda bu gün "Der-Klasiker" baş tutacaq.

Offsideplus.az xəbər verir ki, "Bavariya" Bakı vaxtı ilə saat 20:30-da "Borussiya"nı qəbul edəcək. Tomas Tuxel Münhen təmsilçisində ilk matçını keçmiş komandası "Borussiya"ya (Dortmund) qarşı keçirəcək.

Qeyd edək ki, "arılar" hazırda 53 xalla turnir cədvəlinin lideridir. "Bavariya" bir xalla rəqibindən geri qalır.

20:30. "Bayern" - "Borussiya" (İdman TV, beİN Sports 4, Futbol 2)