Almaniya yığmasının yarımmüdafiəçisi Marko Roys gələcəyi ilə bağlı qərar verib.

Offsideplus.az xəbər verir ki, mövsümün sonunda klubu "Borussiya Dortmund" ilə müqaviləsi başa çatacaq futbolçu komandasında qalmaq istəyir.

Qeyd edək ki, 33 yaşlı vinger 2012-ci ildən "Borussiya Dortmund"un formasını geyinir. 252 oyunda meydana çıxan Marko 110 qola imza atıb.