“Leyptsiq”in avstriyalı futbolçusu Ksaver Şlager Azərbaycan millisinə qarşı AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Almaniya Bundesliqasının 23-cü turunda “Borussiya” (Dortmund) ilə matçda (1:2) zədələnib.
Sağ topuğundan ciddi xəsarət alan oyunçunun əməliyyat olunacağı və mövsümün qalan hissəsində meydana çıxmayacağı bildirilir.
Qeyd edək ki, Avstriya yığması AVRO-2024-ün seçmə mərhələsində martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisi ilə qarşılaşacaq.