"Şalke" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Maynts"dan Niklas Taueri transfer edib.

21 yaşlı yarımmüdafiəçi 1,5 il müddətində icarə əsasında "Şalke"də çıxış edəcək. Müqavilə 1 yanvar 2023-cü il tarixindən etibarən aktiv olacaq.

Qeyd edək ki, Niklas Tauer "Maynts"ın yetirməsidir.