"Borussiya"nın və İngiltərə millisinin futbolçu Cud Bellinqem bir çox Avropa nəhənglərinin transfer siyahısındadır.

Offsideplus.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ilə "Çelsi", "Liverpul", "Mançester Siti" və "Real" klubları yaxından maraqlanır. Dortmund təmsilçisi ingiltərəli futbolçu üçün 150 milyon avro tələb edir. 

Qeyd edək ki, Bellinqemin "Borussiya" ilə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatır.