"Bavariya" Sadio Maneni təqdim edib.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi 30 yaşlı seneqallı hücümçu ilə 3 illik müqavilə imzalayıb.

Onun son klubu "Liverpul" olub. "Qırmızılar" bu transferdən 41 milyon avro qazanacaq.