Yayda Robert Levandovski ilə yolları ayıracağı gözlənilən "Bavariya" heyətini məşhur futbolçu ilə gücləndirə bilər.

 Offsideplus.az "Fichajes"ə istinadən xəbər verir ki, Bundesliqa nəhəngi Niderlandın "Ayaks" klubunda çıxış edən fildişi sahilli forvard Sebastyan Halleri transfer etmək istəyir. Afrikalı oyunçunun  Amsterdam təmsilçisi ilə hazırkı sözləşməsi 2025-ci ildə yekunlaşır.

Həmçinin, "Real" da 27 yaşlı oyunçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, 2020-ci ilin yanvarından "Ayaks"da forma geyinən Haller bu mövsüm 27 matçda 28 qol və 8 məhsuldar ötürmə edib.