Demək olar ki, futbolçuları tatosuz təsəvvür etmək mümkün deyil. Bəzən bu tato istəyi o qədər güclü olur ki, bir az ağını çıxardırlar.
Offsideplus.az Givemesport-a istinadən xəbər verir ki, etdirdiyi tatodan peşmanlıq çəkən futbolçulardan biri "Bavariya"dan Leroy Sanedir. Belə ki, 25 yaşlı forvardın kürəyində nəhəng qol sevinci yer alır. Çempionlar Liqasında "Monako" üzərində 5:3 hesabıyla qələbə qazanılmış matçda Sane də qol vurmuşdu. İşin maraqlı tərəfi isə, cavab qarşılaşmasında Fransaya yollanan "şəhərlilər"in 3:1 hesabıyla uduzmasıdır.
Bundan əlavə, gənc futbolçu "Bavariya"ya transfer olub, forma nömrəsini belə "19"dan "10"a dəyişib.
Bu səbəblərdən Sane kürəyindəki bu tatodan həddindən artıq peşmanlıq çəkdiyini etiraf edib.