"Bavariya"da noyabrın ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
42 faiz səs toplayan Kinqsli Koman komanda yoldaşlarını qabaqlayıb.
Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, noyabrın ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün azarkeşlər arasında ənənəvi sorğu keçirilib. Ötən ay 3 qol vurub, 2 məhsuldar ötürmə vermiş 24 yaşlı fransız azarkeşlərin sevimlisi olub. 2-ci yerə Tomas Müller, 3-cü sıraya Manuel Noyer layiq görülüb.
Dekabrın 17-də "The Best" mükafatını qazanan Robert Levandovski 5-ci pillədə yer alıb. Halbuki polşalı forvard noyabrda rəqib qapılarına 5 dəfə yol tapmışdı.