2019/20 mövsümündə karyerasının ən yaxşı sezonunu keçirən Levandovski futbolu tərk etmək barədə düşünmür.

Offsideplus.az xəbər verir ki, polşalı oyunçu Robert Levandovski hələ 40 yaşına kimi oynamaq istədiyini deyib. Bu yaxınlarda 32 yaşı tamam olan Levandovski 2023-cü ildə "Bavariya" ilə müqaviləsi bitəndən sonra klubda qalıb-qalmayacağı ilə sualları cavablayıb.

"Bu mənim üçün son olmayacaq. Əlbəttə, karyeramı "Bavariya"da başa vurmaq bir seçimdir, lakin qarşıda hələ çox illər var".

"Karyeramın sonu barədə düşünmürəm. Bəlkə hələ 8 il oynaya bilərəm", deyə Robert Levandovski qeyd edib.