Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Roysun yenidən əməliyyat olunması gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçunun başqa zədəsi aşkarlanıb.

31 yaşlı hücumameyilli oyunçuda yüngül əzələ zədəsi olduğu deyilirdi. Onun topuq əzələsində tendon qopması faktının gizlədildiyi düşünülür. Bu amil təsdiqini taparsa, Roys yenidən əməliyyat olunacaq.

Qeyd edək ki, Marko Roys son 8 mövsümdə müxtəlif zədələr səbəbindən ümumilikdə 981 gün yaşıl meydanlardan uzaq qalıb.