"Borussiya"(Dortmund) klubunun futbolçusu Erlinq Haland Almaniya Bundesliqasının 29-cu turunda "Paderborn"la oyunu buraxacaq.

Offsideplus.az xəbər verir ki, buna səbəb norveçli hücumçunun ölkə çempionatında ötən tur "Bavariya" ilə görüşdə (0:1) zədələnməsidir.

Qeyd edək ki, "Paderborn" - "Borussiya" qarşılaşması mayın 31-i keçiriləcək.