"Borussiya"nın (Dortmund) formasını geyinən Ceydon Sanço, koronavirus pandemiyası ortaya çıxmadan öncə əla mövsüm keçirirdi.

Offsideplus.az xəbər verir ki, adı "Barselona" ilə yanaşı çəkilən 2000-ci il təvəllüdlü ingilis oyunçu 2019/2020 mövsümündə yaşı 23-dən aşağı olan futbolçular arasında rekord göstəriciyə nail olub.

Sanço cari mövsümdə 14 qol vurub, 15 məhsuldar ötürmə edib. Məhsuldar ötürmə sayına görə bu yaş qrupunda birinci olub.

Avropada ən çox assist edən U-23 oyunçular (çempionat oyunları)

1. Ceydan Sanço - 15

2. Kristofer Nkunku - 14

3. Trent Aleksandr Arnold - 12

4. Odsonne Edvard - 12

5. Akram Afif - 11

6. Umar Sadiq - 11

7. Stuart Nikson - 11

8. Əşfər Hakimi - 10

9. Stiven Berqvin - 10

10. Florinal Koman - 10