“Borussiya” (Dortmund) Jud Bellinqemin transferi üçün “Birmingem”lə razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, Bundesliqa klubu 16 yaşlı futbolçu üçün qarşı tərəfə 35 milyon avro ödəyəcək. Bu, eyni zamanda klub tarxinin ən bahalı transferi olacaq. “Sarı-qaralar” Bellinqemdən öncə ən yüksək məbləği (30 milyon avro) Mats Hummels üçün vermişdi.
Qeyd edək ki, Bellinqem cari mövsümdə meydana çıxdığı 34 görüşdə 4 qol vurub.