Dortmundun “Borussiya” futbol klubu yarımmüdafiəçisini itirməmək üçün yeni danışıqlara başlayıb.
Offsideplus.az Azərtac-a istinadən xəbər verir ki, klub Marko Roysu komandada saxlamaq fikrindədir.
Ötən həftə tərəflər arasında müqavilənin uzadılması barədə aparılan danışıqlarda “Borussiya”nın rəhbərliyi qəti niyyətdə olduğunu bildirib.
Roys isə özünün gələcəyinə əmin deyil. Onun müqaviləsi 2019-cu ildə bitir və 28 yaşlı almaniyalı başa düşür ki, növbəti müqavilə onun karyerasında sonuncu böyük müqavilə ola bilər.
Roys “Borussiya”da qalmağa razıdır, lakin mükafatlar uğrunda mübarizə də aparmaq fikrindədir. O, bunun zəmanətini hələ ki, klubdan görmür. Ehtimal var ki, Roysun gələcəyi yalnız dünya çempionatından sonra həll olunacaq.