Almaniya Bundesliqasının 5-ci turunda Frankfurtda keçirilmiş "Ayntraxt" - "Borussiya D." oyunundan sonra qonaqların hücumçusu Marko Roys jurnalistlərə qarşı kobudluq edib.
Offsideplus.az xəbər verir ki, Almaniya millisinin forvardı qələbəni son anda əldən verdikləri üçün əsəbi olub. O, media nümayəndələri ilə hirsli tərzdə danışıb.
"İndi mənə avtoqol haqda sual verməyin, hamıda olacaq hadisədir. Düzdür, son dəqiqədə qələbəni əldən verdik və bu, axmaqlıqdır. Ancaq siz də əsəblərimi korlamayın. Bizim psixoloji problemimiz yoxdur".
2:2 hesabı ilə başa çatan görüşdə meydan sahibləri məhz 88-ci dəqiqədə Delaninin avtoqolu sayəsində Dortmund klubundan 1 xal alıblar.