"Borussiya"(Dortmund) klubunun futbolçusu Marko Roys Almaniya millisində 2018-ci ilin ən yaxşı oyunçusu seçilib. 

Offsideplus.az xəbər verir ki, Almaniya Futbol Federasiyasının saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, 29 yaşlı yarımmüdafiəçi 33.9 faiz (89 min 928) səslə birinci olub."Bavariya"nın müdafiəçisi Coşua Kimmix (31 faiz) ikinci, "Mançester Siti"nin yarımmüdafiəçisi Leroy Sane(10.3) üçüncü pillədə yer alıb.

Qeyd edək ki, M.Roys 2018-ci ildə yığmada 8 matçda 1 qol vurub, 1 qolun ötürməsini verib.