"Dortmund Borussiya"sının yarımmüdafiəçisi Kristian Pulişiç mövsümün sonunda klubdan ayrıla bilər

Offsideplus.az xəbər verir ki, klub futbolçunu yayda satışa çıxarmağı nəzərdə tutur. ABŞ millisinin üzvünün satış qiyməti 70 milyon funt (79 milyon avro) təşkil edir. Pulişiç "Çelsi", "Liverpul" və PSJ-nin hədəfindədir. Bu klublar uzun zamandır ki, futbolçunu izləyir. Əsas namizəd "Çelsi" sayılır. Londonlular Pulişiçi Eden Azarın yerinə gətirməyi nəzərdə tutur. Azar yayda "Çelsi"dən ayrılacağını deyib.