"Bayern Münhen"in qolkiperi Manuel Noyer zədələnib.
Offsideplus.az xəbər verir ki, təcrübəli qapıçı ötən gün keçirilən "Hamburq"la matçda sıradan çıxıb.
O, 3 həftə meydanlardan uzaq qalacaq.
Bu barədə "BILD" nəşri məlumat yayıb.
Noyer 2011-ci ildən etibarən Münhen təmsilçisinin qapısını qoruyur.
39 yaşlı qolkiper cari mövsüm 27 oyunda meydanda olub.



