"Fənərbağça" klubunun futbolçusu Maks Kruze komandadan ayrılıb.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı almaniyalı hücumçunun İsanbul təmsilçisi ilə müqaviləsini birtərəfli şəkildə pozduğu bildirilib.
Qeyd edək ki, Almaniya millisinin sabiq üzvü 2019-cu ilin yayında "Verder"dən "Fənərbağça"ya keçib.